Dəyər yaratmaq üçün güclərim
Bizim üçün ən vacib istiqamətlərdən biri valideyn himayəsindən məhrum uşaqlar üçün bərabər imkanların yaradılması və onların sərbəst həyata hazırlanmasıdır. Uşaqlar bizim gələcəyimizdir. Bu gələcəyin necə olacağına isə biz təsir edə bilərik. LU-MUN Holding MMC hesab edir ki, cəmiyyətin ahəngdar və balanslı inkişafı üçün sosial və maddi vəziyyətindən asılı olmayaraq hər bir azyaşlının keyfiyyətli təhsil və inkişaf imkanlarına çıxışının olması zəruridir. Valideyn himayəsindən məhrum olan uşaqlar üçün də eyni imkanları yaratmaq məqsədilə uşaqları sərbəst həyata hazırlamaq məqsədilə proqram hazırladıq.
Ətraflı