LU-MUN Holdinq hansı istiqamətdə fəaliyyət göstərir?

LU-MUN Holdinq MMC investisiyalar şirkəti olaraq kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən dörd törəmə şirkətləri özündə birləşdirir. Azerbaijan Fish Farm (balıq məhsullarının istehsalı), Azerbaijan Poultry Company (“Mərcan” brendi altında toyuq məhsullarının istehsalı), Azerbaijan Organic Company (“BalAyı” markalı təbii bal, biogübrə, zəfəran məhsullarının istehsalı) və Azerbaijan Flowers Company (“BakuRoses” markalı qızılgül istehsalı).

KSM nədir?

Korporativ Sosial Məsuliyyət (KSM) cəmiyyətin və ətraf mühitin inkişafında şirkətlərin könüllü olaraq iştirak iradəsini nümayiş etdirən anlayışdır (Toxum, 2021). KSM cəmiyyətə xeyriyyəçiliklə fayda vermək deyil, öz fəaliyyəti ilə cəmiyyətə və ətraf mühitə əsaslı və uzunmüddətli müsbət töhfə verməkdir.

LU-MUN Holding-in KSM istiqamətləri hansılardır?

LU-MUN Holding-in cəmiyyətdə müsbət dəyişikliklərə töhfə vermək məqsədilə təhsil sahəsində (fəaliyyət göstərdiyimiz sahələrdə peşə təhsilinin inkişafı da daxil olmaqla), valideyn himayəsindən məhrum uşaqların sərbəst həyata hazırlanması, onlar üçün bərabər imkanların yaradılması, səhiyyə, qadın sahibkarlığının inkişafı, balıqçılıq sahəsində kiçik fermer-təsərrüflarına dəstək, nərə balıqlarının çoxaldıralaraq Xəzər dənizinə buraxılması və Xəzərin biomüxtəlifliyinin qorunması, arı ailələrinin sayının çoxaldılması istiqamətlərində müxtəlif sosial layihələr həyata keçirir. LU-MUN Holding eyni zamanda gündəlik təsərrüfat fəaliyyətində suyun istifadəsini minimuma endirməklə, kağız və plastik tullantıları çeşidləyərək təkrar emala göndərməklə, istifadəyə yararsız batareyaları toplayaraq zərərsizləşdirmək məqsədilə onları məsul qurumlara çatdırmaqla ətraf mühitə faydalı olmağa çalışır.

Uşaq müəssisələrində yaşayan valideyn himayəsindən məhrum uşaqların sərbəst həyata hazırlanması layihəsinə necə qoşula və dəstək ola bilərik?

Valideyn himayəsindən məhrum uşaqların sərbəst həyata hazırlanması layihəsinə qoşulmaq üçün csr@lmh.az ünvanına email yaza və ya 0518873949 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Layihəyə uşaqlarla əyani və ya onlayn şəkildə biliklərinizi bölüşməklə, istifadə edilmiş və ya yeni texniki avadanlıq (laptop, planşet və s.) ianə etməklə, bu layihəyə müxtəlif sahələrdən partnyorlar cəlb edərək uşaq evi məzunlarının karyerasına dəstək olmaqla, onları təcrübə imkanı ilə təmin etməklə çox böyük qatqınız ola bilər.

Maddi ianə edə bilərikmi?

LU-MUN Holding maddi ianə qəbul etmir. Layihələrimizə LMH dostları olaraq qoşula, məhsul şəklində ianə edərək və ya zamanınızı ayıraraq dəstək ola bilərsiniz.

LU-MUN Holdinq ictimaiyyət üçün başqa hansı layihələrlə məşğuldur?

LU-MUN Holding-in icra etdiyi layihələrdən biri “Təsərrrüfatlara Səfərlər” təşəbbüsüdür. Bu layihə çərçivəsində məktəblilər, universitet və peşə məktəbinin tələbələri balıqçılıq, quşçuluq, arıçılıq, gülçülük sahəsində maarifləndirici səfərlərdə iştirak etmək, mütəxəssislərdən birbaşa öyrənmək imkanı əldə edir. LU-MUN Holding son iki ildə qadın sahibkarlığının inkişafı məqsədilə arıçılığa marağı olan qadınları bu sahədə biznesə başlamaq üçün arı ailələri və bütün lazımi avadanlıq və biliklərlə təmin edir. Bu layihə həm də arıların sayını çoxaldaraq biomüxtəlifliyin qorunmasına töhfə verir. LU-MUN Holdinq eyni zamanda xeyriyyəçilik təşəbbüsləri həyata keçirir. Bura xüsusi təqvim günlərində, Ramazan, Qurban bayramlarında ehtiyaclı ailələrə qida sovqatının çatdırılması, vaxtaşırı məhsul ianələri daxildir. Holdinqin törəmə şirkətlərindən olan Azerbaijan Poultry Company hər ay uşaq müəssisələrini keyfiyyətli qida ilə təmin etmək məqsədilə məhsul ianəsi edir. Digər törəmə şirkətimiz - Azerbaijan Flowers Company isə insanlara təbəssüm bəxş etmək və onların psixoloji sağlamlığına müsbət təsir etmək məqsədilə “Güllərin gücü” layihəsini həyata keçirir. Vaxtaşırı ahıllar evinə, uşaq müəssisələrində çalışan sosial işçilərə, eləcə də ictimaiyyətin digər nümayəndələrinə gül hədiyyə edir.

Digər layihələrə necə qoşula bilərik?

Bütün təşəbbüslərə istər könüllü olaraq, istərsə də maddi töhfə vermək məqsədilə qoşula bilərsiniz. Web saytımızda hər bir layihənin sonunda “Bizə qoşulun” düyməsini klikləməklə birbaşa seçdiyiniz layihəyə keçid edirsiniz. Hər hansı sualınız olarsa, csr@lmh.az elektron ünvanına məktub yaza və ya +99451 887 39 49 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

LU-MUN Holdinq icma üçün nəzərdə tutulmuş layihələrə maddi dəstək göstərir?

LU-MUN Holding şirkətin prioritet istiqamətlərinə uyğun olan layihələrə maddi dəstək göstərməyə maraqlıdır. Bu layihələrin uyğunluğu KSM komitəsi tərəfindən yoxlanıldıqdan sonra seçilmiş təkliflər növbəti ilin fəaliyyət planına əlavə edilir.

Layihə təklifləri ilin hansı aylarında qəbul edilir?

Layihə təklifləri İyul – Sentyabr aylarında qəbul edilir və layihələrin statusu Dekabr ayında bildirilir. Təsdiq edilmiş layihələr Yanvar ayından etibarən dəstək ilə təmin edilir.

BİZƏ QOŞULUN Uğurla göndərildi

Adınızı düzgün daxil edin!

Soyadınızı düzgün daxil edin!

Telefon nömrənizi düzgün daxil edin!

Elektron poçt ünvanin düzgün daxil edin!