Haqqımızda

2017-ci ildən fəaliyyət göstərən “LU-MUN Holding” MMC Azərbaycanda kənd təsərrüfatı və qida istehsalı sahələrində irimiqyaslı layihələr həyata keçirən investisiya şirkətidir. Holdinqin əsas missiyası Azərbaycanın milli resurslarını optimallaşdırmaq və dirçəltməkdir. Məqsədimiz sağlam və dayanıqlı həyat tərzini cəmiyyətimiz üçün əlçatan və cəlbedici etmək və inkişaf etdirdiyimiz xidmətlər və məhsullarla tarixdə iz qoymaqdır.

LU-MUN Holdinqin balıq istehsalı sahəsində “Azerbaijan Fish Farm” MMC, quşçuluq sahəsində “Azerbaijan Poultry Company” MMC, ekoloji təmiz məhsullar sahəsində “Azerbaijan Organic Company” MMC və keyfiyyətli qızılgüllər sahəsində “Azerbaijan Flowers Company” MMC törəmə müəssisələri mövcuddur.

Biz istehsalata böyük məsuliyyət hissi ilə yanaşaraq, resurs səmərəliliyini maksimuma çatdırmaqla və ətraf mühitə mənfi təsirləri minimuma endirməklə cəmiyyətimizi yüksək keyfiyyətli məhsullarla təmin etmək missiyasını seçmişik. Biz müştərilərimizi məsuliyyətli istehlakı tətbiq etməyə və təbii sərvətlərə qayğı ilə yanaşmağa həvəsləndirir və təşviq edirik, eyni zamanda hamı üçün ədalətli iş şəraiti və bərabər imkanlar yaradırıq.

“Azerbaijan Fish Farm” şirkətinin missiyası Azərbaycanın təbii sərvətlərini bərpa etmək və ölkənin kənd təsərrüfatı sektorunun inkişafına töhfə verməkdir. Şirkətin əməkdaşları dəniz nemətlərindən səmərəli istifadəyə yüksək məsuliyyət hissi ilə yanaşırlar. Bu yanaşma Xəzərin təbii sərvətlərinin bərpasına və artımına səbəb ola bilər.

“Azerbaijan Poultry Company” 2012-ci ildə regionların inkişafı üzrə Dövlət Proqramı çərçivəsində yaradılmış müasir və yüksək səviyyədə avtomatlaşdırılmış müəssisədir. Şirkət “Mərcan” brendi altında yüksək keyfiyyətli və ekoloji cəhətdən təmiz quş əti məhsulları istehsal edir.

İnnovativ və dayanıqlı məhsulların yaradılması və təşviqi, milli iqtisadiyyatın aqrar sektorunun inkişafı və iş yerlərinin yaradılması – bütün bunlar “Azerbaijan Organic Company” üçün əsas prioritetlərdir. Şirkət təbiətlə harmoniya və ənənələrin bərpası prinsiplərinə sadiq olmaqla yanaşı yerli iqtisadiyyatda ən qabaqcıl texnologiyaları tətbiq edir.

Azerbaijan Flowers Company” Azərbaycanda ən böyük premium keyfiyyətli qızılgül istehsalçısıdır. “Baku Roses” brendi yüksək keyfiyyətli məhsulların, eləcə də birinci dərəcəli xidmətin simvolu kimi tanınır. Şirkətin əsas missiyası yerli çiçəkçilik üzrə dayanıqlı ənənələr yaratmaq və inkişaf etdirməkdir.

Biz, LU-MUN Holdinq olaraq müsbət təsir yaratmaq və dünyanın daha yaxşı bir yerə çevrilməsinə kömək etmək üçün bizneslərimiz arasında sinerjiyə inanırıq.

BİZƏ QOŞULUN Uğurla göndərildi

Adınızı düzgün daxil edin!

Soyadınızı düzgün daxil edin!

Telefon nömrənizi düzgün daxil edin!

Elektron poçt ünvanin düzgün daxil edin!