
Layihədə iştirak etməkdə məqsədim bilik və bacarıqlarımı ehtiyacı olan insanlarla təmənnasız bölüşməkdir. Bu gün ayırdığımız zaman sabahın faydalı vətəndaşına yatırımdır.
Bir ildir ki, qrupumuzla birlikdə uşaqlara ingilis dilini öyrənməyə kömək edirik. Müharibədən sonra bunu etmək qərarına gəldim və düşündüm ki, onlara ingilis dili biliklərini öyrənməyə və təkmilləşdirməyə kömək edə bilərəm. Bunu etməyə başladığım üçün çox xoşbəxtəm və hər keçdiyimiz dərsdən zövq alıram.
Netafim Gəncə şəhərində yerləşən SOS uşaq kəndinin bağ ərazisində suvarma sistemi yaradaraq layihəmizə dəstək olmuşdur.
Mənim əsas məqsədim bu uşaqların hər birinin intellektual resurslarını genişləndirərək onların özünə və parlaq gələcəklərinə inamını gücləndirməkdir.
Səfirlik uşaq evlərini davamlı ziyarət edərək, yaradıcı təlimlər təşkil edərək, sevgi paylaşaraq mənəvi dəstək olur.
Bir vətəndaş olaraq ölkəmin uşaqları qarşısında məsuliyyət hiss edirəm. Çünki gələcəyimizi onlar quracaqlar. Bu səbəbdən, bütün ölkənin gələcəyinə töhfə vermək üçün bu gün onların həyatlarına toxunmaq vacibdir.
SOS uşaqlar kəndinin mütəxəssisləri öz bilik və bacarıqlarını bizlərlə paylaşaraq digər uşaq müəssisələrinə dəstək olmağımıza kömək olur.
Uşaqları bəzən çox qəddar ola biləcək həyata hazırlamaq üçün bəzi çətin və köməksiz durumlarda necə hərəkət etməli olduqlarını göstərərək təhlükəsizlik təlimi keçdik. Eyni zamanda gələcəkdə onları tək təhlükənin deyil, həm də sevgi və xoşbəxtlik dolu həyatın gözlədiyini göstərməyə çalışdıq.