Rəsm müsabiqəsi

Rəsm müsabiqəsi

01.04.2021 - 30.04.2021

Uşaqlarda ekoloji maarifləndirməni inkişaf etdirmək və onları öz cəmiyyətlərinin gələcəyi üçün dəyişiklik etməyə ruhlandırmaq üçün LU-MUN Holdinq ətraf mühitin mühafizəsi mövzusunda rəsm müsabiqəsinə start verdi. Yarışa Neftçalanın Yenikənd kəndində yaşayan 8 uşaq qatıldı. İştirakçılar öz əl işlərini nümayiş etdirdilər və onların hamısı uğurlu iştiraka görə sertifikatla təltif olundular. Qaliblərə pul mükafatları təqdim olundu.

Ətraflı
Yaşıl Marafon

Yaşıl Marafon

03.04.2021 - 03.04.2021

2021-ci ilin aprel ayında IDEA İctimai Birliyi və Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə ölkə üzrə Yaşıl Marafon kampaniyası keçirildi. Kampaniyanın məqsədi yaz-payız əkin mövsümündə ağac əkməklə ölkənin bitki biomüxtəlifliyinin artırılmasına töhfə vermək, o cümlədən ətraf mühitin mühafizəsi və yaşıllıqların mühafizəsi ilə bağlı maarifləndirməni təşviq etməkdir.

Ətraflı
Yer Kürəsi günü

Yer Kürəsi günü

22.04.2021 - 22.04.2021

2021-ci ildə Yer Kürəsi Günündə “Azerbaijan Fish Farm” şirkəti, çimərliyi tullantılardan təmizləmək üçün könüllü əsasda sahilyanı təmizləmə təşəbbüsünü həyata keçirdi. Siqaret kötükləri, plastik yemək qabları, plastik içki butulkaları, plastik ərzaq paketləri və digər tullantılar könüllülər tərəfindən təmizləndi. “Azerbaijan Fish Farm” komandasının təmsilçisi Elşad Məcidov iştirakçılara aktual ekoloji problemlərdən, planetimizin qorunmasında yerli icmaların məsuliyyətindən bəhs etdi.

Ətraflı
Ekoloji maarifləndirmənin təşviqi

Ekoloji maarifləndirmənin təşviqi

25.03.2021 - 25.03.2021

Neftçalanın Yenikənd kəndində məktəblilər üçün aktual ekoloji problemlər və ətraf mühitə mənfi təsirlərin azaldılmasında cəmiyyətin rolu haqqında qısa sessiya keçirdik. Uşaqlara ətraf mühitə ziyan vurmağın fəsadları haqqında məlumatlılığı artırmaq üçün öz kəndlərində həyata keçirə biləcəkləri təşəbbüslər haqqında məlumat verildi. Biz uşaqları məsuliyyətli istehlak, su qıtlığı, tullantıların toplanması və biomüxtəlifliyin qorunması haqqında müzakirələrə cəlb etdik.

Ətraflı
Daha təmiz planet uğrunda hərəkata qoşulun!

Daha təmiz planet uğrunda hərəkata qoşulun!

11.09.2021 - 11.09.2021

LU-MUN Holding hər zaman öz əməkdaşlarına sosial məsuliyyətli olmağı, dəyərli işlərdə könüllülük etməyi və cəmiyyətimizə hər imkanda müsbət təsir göstərməyi təşviq edir. Aşıladığımız bu dəyərlər həmişə harda olmağımızdan asılı olmayaraq bizi yaxşı işlər görməyə ruhlandırır.

Ətraflı
Planeti xilas etməyə özündən başla

Planeti xilas etməyə özündən başla

09.12.2019 -

İnsanlar bəzən yanlış olaraq düşünürlər ki, iqlim dəyişikliyi, ətraf mühitin çirklənməsi və biomüxtəlifliyin itirilməsi yalnız dövlət orqanlarının və böyük şirkətlərin maraqlanmalı olduğu mövzulardır. Onlar hesab edirlər ki, həyat tərzlərində etdikləri hər hansı bir dəyişikliyin onsuz da heç bir təsiri və ya nəticəsi olmayacaq.

Ətraflı
Müharibənin hər bir saatı üçü

Müharibənin hər bir saatı üçü

02.12.2020 - 02.12.2020

Müharibə başa çatan kimi “Azerbaijan Poultry Company” yararsız hala düşən torpaqlara yenidən həyat bəxş etmək üçün dərhal ağacəkmə kampaniyasına başlamışdır. Kampaniya 44 günlük müharibənin hər saatına bir ağac əkilməsini nəzərdə tutur ki, bu da ümumilikdə 1056 ağacın əkilməsi deməkdir.

Ətraflı
Xəzərin keşiyində

Xəzərin keşiyində

01.04.2018 - 01.04.2030

Azerbaijan Fish Farm Xəzərdə nərə balığının populyasiyasının artırılması məqsədilə start verdiyi proqramı uğurla həyata keçirir: satılan kürünün hər bir qablaşdırması üçün dənizə 10 kiçik nərə balığı buraxılır. Bu proqram çərçivəsində on minlərlə gənc nərə balığı Xəzər dənizinə buraxılmışdır.

Ətraflı
Təbiəti hər gün qoruyaq!

Təbiəti hər gün qoruyaq!

05.06.2020 - 05.06.2020

Bu günün qeyd edilməsi bizə ətraf mühitin qorunmasında fərdi insanların, müəssisələrin və icmaların maarifləndirilməsi və məsuliyyətli davranışın təbliğ edilməsi imkanı verir.

Ətraflı
Brokenyerlikdən mütəxəssisə keçid

Brokenyerlikdən mütəxəssisə keçid

01.01.2018 - 01.01.2030

Azerbaijan Fish Farm əhaliyə yüksək əmək haqqı və sosial paketli leqal məşğulluq imkanı təmin etməklə brokonyerliyin artımının qarşısını alır.

Ətraflı
Biomüxtəlifliyin qorunması

Biomüxtəlifliyin qorunması

10.05.2018 - 10.05.2030

Azerbaijan Organic Company yaradılmış və realizə edilən ideyalar vasitəsilə biomüxtəlifliyin qorunmasına, istehlakçı isə mağazada orqanik məhsul seçərək ətraf mühiti daha az çirkləndirən kənd təsərrüfatı sisteminin inkişafına öz töhfəsini verir.

Ətraflı

BİZƏ QOŞULUN Uğurla göndərildi

Adınızı düzgün daxil edin!

Soyadınızı düzgün daxil edin!

Telefon nömrənizi düzgün daxil edin!

Elektron poçt ünvanin düzgün daxil edin!