Sosial məsuliyyətli gənclər

Sosial məsuliyyətli gənclər

Təhsil sosial məsuliyyətli gənclərin yetişdirilməsi üçün effektiv vasitədir, lakin real təcrübə olmadan bu təhsil çox vaxt nəzəri olaraq qalır və təcrübədə nadir hallarda tətbiq olunur. Məktəblərin sosial məsuliyyətə üstünlük verməsi məktəb və məktəblilərin ətraf mühit və bütövlükdə cəmiyyətin mənafələrinə uyğun hərəkət etməsidir. Məktəblər şagirdlərinin real dünyanın ehtiyaclarını dərk etmələri üçün onlara yerli ictimaiyyətlə qarşılıqlı əlaqə imkanları təqdim etməlidir.

Ətraflı
Mərcan komandası Gəncə uşaq evində

Mərcan komandası Gəncə uşaq evində

27.02.2022 - 27.02.2022

Dünən "Mərcan" komandası Gəncə uşaq evinə qonaq getmişdi☺️Hər dəfə səfərimiz maraqlı olsun deyə, fərqli proqramlar hazırlayırıq. Bu dəfə 4-10 yaşlı uşaqlara "Kətan üzərində rəssamlıq", 12-16 yaşlı uşaqlara isə "Səhnə danışığı, aparıcılıq məharəti, kütlə qarşısında çıxış etmə." mövzusunda master klasslar təşkil etdik✔️ Görüşümüz maraqlı və məhsuldar keçdi. Gələn görüşlərədək, dostlar!

Ətraflı
Həyatları dəyişməyə birlikdə davam edək! 

Həyatları dəyişməyə birlikdə davam edək! 

01.08.2020 -

Bizim üçün ən vacib istiqamətlərdən biri valideyn himayəsindən məhrum uşaqlar üçün bərabər imkanların yaradılması və onların sərbəst həyata hazırlanmasıdır. Uşaqlar bizim gələcəyimizdir. Bu gələcəyin necə olacağına isə biz təsir edə bilərik. LU-MUN Holding MMC hesab edir ki, cəmiyyətin ahəngdar və balanslı inkişafı üçün sosial və maddi vəziyyətindən asılı olmayaraq hər bir azyaşlının keyfiyyətli təhsil və inkişaf imkanlarına çıxışının olması zəruridir. Valideyn himayəsindən məhrum olan uşaqlar üçün də eyni imkanları yaratmaq məqsədilə uşaqları sərbəst həyata hazırlamaq məqsədilə proqram hazırladıq.

Ətraflı
Ümumdünya uşaqlar günü

Ümumdünya uşaqlar günü

20.11.2021 - 20.11.2021

Bu il Ümumdünya Uşaqlar Günü üçün biz “Baku Marriott Hotel Boulevard” ilə əməkdaşlıq etdik və valideyn himayəsindən məhrum olmuş uşaqlar və gənclər üçün həyat bacarıqları sessiyası təşkil etdik. Sessiyada əsasən aşpazlıq bacarıqlarına diqqət yetirildi, valideyn himayəsindən məhrum 17 uşaq sadə salatların hazırlanmasını və pizza bişirməyi öyrəndilər. Onlar həmçinin qonaqpərvərlik sənayesi haqqında məlumat əldə etdilər və ümumilikdə çox əyləncəli vaxt keçirdilər.

Ətraflı
Yeni peşələr ilə tanışlıq

Yeni peşələr ilə tanışlıq

01.04.2020 -

LU-MUN Holdinqdə biz, peşə təhsili və təliminin davamlı və inklüziv sosial inkişafa nail olmaq üçün ən vacib amillərdən olduğuna inanırıq. Peşə təhsili intellektual işlərin çoxluq təşkil etdiyi cəmiyyətlərə keçiddə də mühüm rol oynamağa davam edəcəkdir. Bəzi ölkələrdə peşə təhsilinin inkişafı və təkmilləşdirilməsi üçün institusional tədbirlər kifayət qədər olmasa da, Azərbaycan uzunmüddətli inkişaf strategiyasında peşə təhsilini əsas komponent kimi müəyyən etmiş ölkələr sırasındadır.

Ətraflı
Xəyallari birlikdə gerçəkləşdiririk

Xəyallari birlikdə gerçəkləşdiririk

05.04.2021 -

Bəzən sığınacaqlarda yaşayan valideyn himayəsindən məhrum olmuş uşaqların böyüyüb sığınacaqdan ayrıldıqdan sonra nə ilə məşğul olmaq istədikləri barədə heç bir təsəvvürü olmur. Bəzən isə maraqlarının dəqiq nə olduğunu çox yaxşı bilirlər.

Ətraflı
Çiçəklər aləminə səyahət

Çiçəklər aləminə səyahət

01.11.2021 - 01.11.2021

Biz inanırıq ki, uşaqları müxtəlif peşələri kəşf etməyə və fərqli karyera yollarını nəzərdən keçirməyə təşviq etməyin ən yaxşı yollarından biri onlara müxtəlif peşələri şəxsən göstərməkdir.

Ətraflı
Qala qəsəbəsində istixanaya səfər

Qala qəsəbəsində istixanaya səfər

Təsərrüfatlarımıza səfər təşkil etməkdə məqsədimiz tələbələrin maraqlı təcrübə əldə etmələri, sahə istehsalı ilə bağlı biliklərini inkişaf etdirmələri, həmçinin cəlb olunmuş komandalarla tanış olmaq və peşəkar əlaqələr qurmaq üçün imkanlar yaratmaqdır. İnanırıq ki, gülçülük sahəsinə qoyulan bütün işlərin və səylərin şahidi olmaq gənclərdə bu peşəyə qarşı hörmət yaradacaq və gələcəkdə onu dərindən araşdırmaq üçün onlar həvəsləndirəcəkdir.

Ətraflı
Xaricdə təhsil imkanları

Xaricdə təhsil imkanları

16.07.2021 - 16.07.2021

EducationUSA Azerbaijan ilə birlikdə uşaq evlərində yaşayan həssas uşaqlar üçün xaricdə təhsil almaq üzrə müxtəlif imkanlar mövzusunda sessiya təşkil etdik. Sessiyada ingilis dili bacarıqlarına malik olan uşaqlar üçün xaricə səyahət və təhsil imkanları müzakirə edildi. Biz həmçinin uşaqlara mövcud təqaüdlər və pulsuz səyahət və təhsil almaq üçün maliyyə imkanları haqqında məlumat verdik.

Ətraflı
Emosional intellekti inkişaf etdiririk

Emosional intellekti inkişaf etdiririk

Həssas uşaqları müstəqil həyata hazırlamaq layihəmiz çərçivəsində emosional intellektə fokuslanmış 2 aylıq təhsil proqramı təşkil etdik. Proqramı Tin4Teens (Yeniyetmə Mentorluq Proqramı) qrupundan Janna və Dilarə həyata keçirdilər. Proqramda Sosial Reabilitasiya Mərkəzində, “Ümid Evi” və “Təmiz Dünya” uşaq sığınacaqlarında yaşayan 10 yeniyetmə iştirak etmişdir. Proqramın bir hissəsi olaraq gənc iştirakçılar öz emosiyalarını necə müəyyənləşdirməyi və onları düzgün idarə etməyi, stress və konflikt hallarını düzgün idarə etməyi, digər insanlarla münasibət qurmağı və s. öyrəndilər.

Ətraflı
Gələcək sosial sahibkarlar!

Gələcək sosial sahibkarlar!

01.10.2021 - 01.10.2025

Həssas uşaqları uğurlu gələcəyə hazırlamaq üçün lazımi alətlərlə təchiz etmək əsas prioritetlərimizdən olduğu üçün biz, sosial sahibkarlığa xüsusi diqqət ayırmaqla biznes bacarıqları üzrə təlimlər təşkil etdik.

Ətraflı
Maliyyə savadlılığı

Maliyyə savadlılığı

07.05.2021 - 07.05.2025

Bu layihənin məqsədi maliyyə qərarlarının qəbulunu təkcə iqtisadi nöqteyi-nəzərdən deyil, həm də sosial və ekoloji məsələləri nəzərə almaqla uşaqların maliyyə savadlılığı bacarıqlarını inkişaf etdirməkdir.

Ətraflı

BİZƏ QOŞULUN Uğurla göndərildi

Adınızı düzgün daxil edin!

Soyadınızı düzgün daxil edin!

Telefon nömrənizi düzgün daxil edin!

Elektron poçt ünvanin düzgün daxil edin!