Beynəlxalq Yoqa Günü

Beynəlxalq Yoqa Günü

21.06.2022 - 21.06.2022

Beynəlxalq Yoqa Günü yoqanın dünyaya gətirdiyi fiziki və mənəvi şücaəti qeyd edir. Yoqa və meditasiyanın uşaqların fiziki və emosional sağlamlığı üçün xüsusilə faydalı olduğu sübut edilmişdir. O, gənc zehinləri və bədənləri erkən yaşda gücləndirir, uşaqlara balanslı, yaradıcı və sakit fərdlər olmağa və həyatın çətinliklərinin öhdəsindən gəlməyə kömək edəcək alətlər verir. Bu səbəblərə görə biz KSM çərçivəsində valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün yoqa seansları təşkil etməyə davam edirik və onların uzunmüddətli rifahına töhfə verəcəyimizə ümid edirik.

Ətraflı
Əyləncənin müalicəvi gücü

Əyləncənin müalicəvi gücü

07.02.2022 - 01.01.2025

Oyunun uşaqlara, xüsusən də valideyn himayəsindən məhrum olan uşaqlara müalicəvi təsirini bildiyimiz üçün, biz partnyorumuza - 4 yaşdan yuxarı uşaqlar üçün əyləncə mərkəzi olan Kid's Planet-ə sonsuz təşəkkürümüzü bildirmək istəyirik. Kid's Planet-in qayğıkeş komandası hər şənbə günü müxtəlif sığınacaqlardan olan uşaqları qonaq edir, onlar üçün əylənmək, oynamaq və müxtəlif əyləncə fəaliyyətləri ilə məşğul olmaq üçün təhlükəsiz və əlverişli mühit yaradır.

Ətraflı
İdman vasitəsilə rifah

İdman vasitəsilə rifah

27.11.2021 - 27.11.2021

Partnyorlarımızdan biri olan “Movement Platform” – həm böyüklər, həm də uşaqlar üçün müasir idman mərkəzidir və sığınacaqlarda yaşayan uşaqlar üçün pulsuz seans təşkil etmişdir. Sığınacaqlarda fiziki fəaliyyət üçün məhdud yer olduğundan, uşaqlar müxtəlif fəaliyyət növləri və oyun növləri ilə məşğul olaraq, faydalı və əyləncəli vaxt keçirmək imkanı əldə etdilər. Boks seansı ilə məşğul olan iştirakçılardan biri seansdan sonra özünü necə yüngül və güclü hiss etdiyini bizimlə bölüşdü. Bu, xüsusilə həssas uşaqlar üçün idmanın və oyunun müalicəvi gücünün daha bir sübutudur.

Ətraflı
Gələcək qrafik dizaynerin uğur hekayəsi

Gələcək qrafik dizaynerin uğur hekayəsi

Səhərnaz gənc yaşlarından hansı karyeraya sahib olmaq istədiyini bilirdi və hər zaman öz seçimlərini araşdırmaqda qərarlı idi. O, heç vaxt təslim olmadı və əlində olan hər bir resursdan istifadə edərək, yorulmadan öz məqsədlərinə doğru addımladı. O, LU-MUN Holdinq tərəfindən təşkil edilən ingilis dili dərslərində iştirak edərək ingilis dili bacarıqlarını inkişaf etdirdi və faydalana biləcəyi hər bir təhsil seminarında və ya görüşdə iştirak etdi.

Ətraflı
Sağlam uşaqlar, sağlam gələcək!

Sağlam uşaqlar, sağlam gələcək!

10.09.2021 - 10.09.2025

Azərbaycan Stolüstü Tennis Federasiyasının dəstəyi ilə uşaq müəssisələrində stolüstü tennisə marağı artırmaq, uşaqlarda sağlam vərdişlər yaratmaq, onların sağlamlığına müsbət töhfə vermək məqsədilə Gəncə, Şəki və Bakıda yerləşən 4 uşaq müəssisəsinə stolüstü tennis avadanlığı Azerbaijan Poultry Company əməkdaşları tərəfindən çatdırılmışdır. Stolüstü tennisin uşaqların yalnız fiziki sağlamlığına deyil, eləcə də motorika bacarıqlarının və analitik düşüncənin inkişafına da müsbət təsiri vardır.

Ətraflı
Uşaqlar üçün yoga və meditasiya

Uşaqlar üçün yoga və meditasiya

26.06.2020 - 26.06.2020

Valideyn sevgisindən və qayğısından məhrum olan uşaqlar müxtəlif çətinliklərlə üzləşirlər. Belə uşaqlardan bəziləri keçirdikləri stressi ifadə edə bilmir və bu onların daxili xoşbəxtliklərinə müsbət olmayan böyük təsir göstərir.

Ətraflı
Uşaqların müdafiəsi günü

Uşaqların müdafiəsi günü

01.06.2021 - 01.06.2021

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə hazırda 60-dan çox uşağın məskunlaşdığı “Ümid Evi” uşaq sığınacağına stolüstü tennis avadanlığı çatdırdıq. Stolüstü tennis əqli inkişaf, eləcə də əl və göz koordinasiyası üçün ən faydalı idman növlərindən biridir. Uşaqların asudə vaxtlarında məşğul olmaları üçün faydalı bir fəaliyyətlərinin olmasını bilmək bizi xoşbəxt edir.

Ətraflı
Sağlam həyat tərzini təbliğ edirik!

Sağlam həyat tərzini təbliğ edirik!

01.01.2018 - 01.01.2030

Azerbaijan Organic Company təbiətin və istehlakçıların sağlamlığına qayğı göstərir. Bunun bariz nümunəsi olaraq seçmə toyuq ətindən hazırlanan qəlyanaltılar (“ALP”), Azərbaycanın ekoloji təmiz bölgələrindən təbii bal ("Bal Ayı”) və yaxud Abşeronda yetişdirilən yüksək keyfiyyətli zəfəran (“Baku Saffron”) kimi konservantsız və əlavə süni qatqısız məhsulların yaradılmasıdır

Ətraflı
Güllərin gücü

Güllərin gücü

12.04.2020 - 15.08.2020

Covid19 pandemiyası dövründə cəmiyyətdəki yaşlı insanları qorumaq və dəstəkləmək hər birimizin məsuliyyətidir. Bu səbəbdən pandemiya müddətində Bilgəh Ahıllar Evində yaşayan yaşlı dostlarımızı ziyarətə gedə bilmirik. Bunu baxmayaraq, bu müddət ərzində sevgimizi, qayğımızı və diqqətimizi göstərmək üçün ahillara 300-dən çox gül dəstələri göndərib, davamlı olaraq telefonla əlaqə saxlamışıq.

Ətraflı
Gül dəstəsi – çünki onlar b

Gül dəstəsi – çünki onlar b

08.03.2020 - 08.03.2020

Heç gözləmədiyiniz birindən xeyirxahlıq görmüsünüzmü? Bunun sizə necə hisslər bəxş etdiyini xatırlayırsınız? Yəqin ki, bu, sizin insanlığa olan inamınızı bərpa edib və sizi daha yaxşı gələcəyə inandırıb.

Ətraflı
Rəqs terapiyası

Rəqs terapiyası

14.02.2020 - 30.12.2020

Tədqiqatlar sübüt edir ki, daima rəqs edən yaşlı insanlar daha möhkəm fiziki sağlamlığa və zehni bacarıqlara sahibdirlər. Rəqs depressiya, narahatlıq, əqli gerilik, insult kimi problemlərin qarşısını alır, yuxunu yaxşılaşdırır.

Ətraflı
İdmanı təbliğ edirik!

İdmanı təbliğ edirik!

26.12.2019 - 26.12.2019

Şamaxı məktəblərindən birində təhsil alan uşaqların futbol oyununa böyük həvəsindən xəbər tutduqda “Mərcan” komandası buna laqeyd yanaşa bilmədi!

Ətraflı

BİZƏ QOŞULUN Uğurla göndərildi

Adınızı düzgün daxil edin!

Soyadınızı düzgün daxil edin!

Telefon nömrənizi düzgün daxil edin!

Elektron poçt ünvanin düzgün daxil edin!