8 Noyabr - Şanlı Zəfər Günü!

8 Noyabr - Şanlı Zəfər Günü!

08.11.2020 - 08.11.2020

Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! - Prezidentin Şuşanın azad olunmasının elan etməsi ölkədəki hər kəsə sevinc göz yaşı gətirdi. Qarabağ incisi 28 illik işğaldan sonra Ordumuz tərəfindən geri qaytarıldı. Bu şanlı gün minlərlə insan tərəfindən Bakı küçələrində qeyd edildi.

Ətraflı
Qarabağ Azərbaycandır!

Qarabağ Azərbaycandır!

30.09.2020 - 11.12.2020

Bu dönəmdə Azərbaycan xalqı möhtəşəm birlik nümayiş etdirərək həm ön cəbhəyə, həm də müharibədən zərərçəkən ailələlərə dəstək oldu. Belə aksiyalarından biri, əməkdaşlarımızın da təşkilatçılıq edərək böyük töhfə verdiyi “Vətən üçün əl-ələ” layihəsi idi. Holdinq və şirkətlərimizin əməkdaşları, eləcə də Azerbaijan Poultry Company müharibənin ilk günündən davamlı şəkildə qida, nəqliyyat, eyni zamanda maddi dəstək göstərərək təşəbbüsə böyük töhfə vermiş oldu. 

Ətraflı
Dövrümüzün qəhrəmanları

Dövrümüzün qəhrəmanları

29.04.2020 - 29.04.2020

“Biz birlikdə güclüyük!” – bunlar təkcə sözlər deyil, hərəkətə keçməyə çağırışdır. Əhalinin böyük bir hissəsi evlərində sosial izolyasiya rejimində qalarkən, vətəndaşlarımızın digər hissəsi bizi qida, ilkin tələbat məhsulları, tibbi yardım və informasiya dəstəyi ilə təmin etmək üçün yorulmadan çalışdı. «Baku Roses» komandası «Mərcan» istehsalçısı ilə birgə minnətdarlıq bildirmək və bu təqdirə layiq insanların simalarına təbəssüm bəxş etmək məqsədilə onlara gül dəstələri hədiyyə etdilər! Müharibə və əmək veteranları pansionatının sakinləri – yaşlı insanlar da diqqətdən kənar qalmadı.

Ətraflı
Beynəlxalq Müəllimlər Günü

Beynəlxalq Müəllimlər Günü

05.10.2020 - 05.10.2020

Müəllimlər Günü ölkəmizdə müəllimlərimizi təqdir etmək və həyatımıza qatdıqları sonsuz töhfəni dəyərləndirmək məqsədilə qeyd olunur. Koronavirus pandemiyası ilə əlaqədar məktəb və təhsil müəssisələrinin bağlanması ilə bir çox müəllim distant təhsilə uyğunlaşmaqda çətinlik çəkdi. Buna baxmayaraq bu böhranda pedaqoqlar fədakarlıq, səbr, xeyirxahlıq göstərdilər və nə olur olsun təhsilin davam etməsinə çalışdılar.

Ətraflı
Ən fəzilətli sədəqə - Sudur!

Ən fəzilətli sədəqə - Sudur!

28.07.2020 - 04.08.2020

Son yüz ildə ilk dəfə Kür çayının su səviyyəsi çox azaldığına görə Xəzərin şor suyu çaya qarışdı. Bu səbəbdən, təsərrüfatlarımızdan birinin yerləşdiyi Neftçala regionunda içməli su qıtlığı ciddi problemə çevrildi. Çox sayda kəndli içməli suyun olmamasından əziyyət çəkməyə başladı. Su böhranı müddətində yerli icmaya dəstək olmaq məqsədilə Azerbaijan Fish Farm şirkəti 90 ailəni təmiz su ilə təmin etdi.

Ətraflı
Qurban Bayramı!

Qurban Bayramı!

31.07.2020 - 01.08.2020

Humanizm, xeyirxahlıq və bərabərlik rəmzi olan Qurban bayramı cəmiyyətimizdə milli-mənəvi həmrəyliyi gücləndirən, insanlar arasında şəfqət və mərhəmət duyğularının təntənəsini nümayiş etdirən bayramdır. Bugün hamı sevincini bölüşür, bir-birini təbrik edir. Bunlar bizim ortaq dəyərlərimizdir.

Ətraflı
Xeyirxah işlər zənciri!

Xeyirxah işlər zənciri!

05.09.2020 - 05.09.2020

Biz inanırıq ki, bir nəfərin etdiyi xeyirxah iş xeyirxah əməllərdən ibarət zəncirvari reaksiyaya səbəb olur.  Bu təsir cəmiyyətdə dalğalanaraq minlərlə insanı müsbət dəyişiklik etməyə ruhlandırır. Məhz bu səbəbdən Beynəlxalq Xeyriyyə Günü dünya miqyasında qeyd olunaraq dünyanın hər yerindəki insanları daha sosial məsuliyyətli olmağa təşviq edir və xeyriyyə işlərinə ictimai dəstəyi artırmaq məqsədi daşıyır.

Ətraflı
Xoş gəldin, Ramazan!

Xoş gəldin, Ramazan!

23.04.2020 - 23.04.2020

Müqəddəs Ramazan ayı birlik, xeyriyyə və dua ayıdır. Bu ay xüsusilə də yoxsul ailələri və ehtiyaclıları daha da yaxşı anlama və dəstək olma ayıdır. LU-MUN holdinq korporativ sosial məsuliyyət çərçivəsində davamlı şəkildə insanları birləşməyə, bir-birinə dəstək olmağa, xüsusilə də maddi durumu aşağı vəziyyətdə olanları ilin bütün aylarında diqqətdə saxlamağa səsləyir.

Ətraflı
COVID-19 pandemiyasına cavabımız

COVID-19 pandemiyasına cavabımız

01.04.2020 - 30.04.2020

Sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq bu çətin dövrdə Azerbaijan Fish Farm komandası nərəkimilərin yetişdirildiyi fermaların yerləşdiyi Neftçala və Mingəçevirdə aztəminatlı ailələri ziyarət etdi.

Ətraflı
“Biganə Qalma” xeyriyyə aksiyası

“Biganə Qalma” xeyriyyə aksiyası

23.04.2020

Azerbaijan Poultry Company aztəminatlı ailələrə, eyni zamanda, xüsusi diqqət və qayğıya ehtiyacı olan insanlara dəstəyini davam etdirir. Müqəddəs Ramazan ayı ərəfəsində, karantin dövründə ehtiyacı olan ailələrə yardım məqsədilə yaradılmış “Biganə Qalma” aksiyasını da dəstəklədi. Layihə çərçivəsində “Mərcan” məhsulları 800 ailəyə təqdim olundu.

Ətraflı
Qələbə Gününü qeyd edirik!

Qələbə Gününü qeyd edirik!

08.05.2020 - 08.05.2020

2020-ci ilin yaz fəsli bir çoxlarının emosional yaddaşında fərqli izlər qoydu ki, bunlardan ən təsirlisi sosial izolyasiya məcburiyyəti oldu. Koronavirus pandemiyası ilə əlaqədar olaraq İkinci Dünya mühasibəsində Qələbənin 75 illik yubileyinin qeyd edilməsi əksər ölkələrdə dövlət başçılarının televiziya çıxışları ilə məhdudlaşdı.

Ətraflı
Karantin zamanı dəstək

Karantin zamanı dəstək

01.04.2020 - 30.04.2020

“Azerbaijan Poultry Company” şirkətinin əsas məqsədi istehlakçıları yüksək qida dəyəri olan qida məhsulları ilə təmin etmək olduğundan, biz karantin dövründə də öz missiyamızı yerinə yetirməyə davam etdik. Cəmiyyətə dəstək məqsədilə şirkət Şəkidəki uşaq sığınacaqlarına, Mingəçevirdəki nevroloji sanatoriyaya, Gəncədəki “Təmas” regional inkişaf ictimai birliyinə, Biləsuvardakı “Qadınların Sosial İnkişafına Dəstək” ictimai birliyinə 1296 kq “Mərcan” quş əti hədiyyə edib.

Ətraflı

BİZƏ QOŞULUN Uğurla göndərildi

Adınızı düzgün daxil edin!

Soyadınızı düzgün daxil edin!

Telefon nömrənizi düzgün daxil edin!

Elektron poçt ünvanin düzgün daxil edin!