Şaxta Baba ucqar kəndlərdə

Şaxta Baba ucqar kəndlərdə

24.12.2021 - 02.01.2022

İndi həmişəkindən daha çox əminik ki, xeyirxah insanlar öz güclərini birləşdirdikdə və yaxşı bir məqsəd üçün bir araya gəldikdə əsl möcüzələr baş verə bilər.

Ətraflı
Daha yaxşı gələcək üçün birləşək

Daha yaxşı gələcək üçün birləşək

08.08.2020 -

LU-MUN Holdinqin KSM strategiyasının və fəaliyyətinin mərkəzində bizim işimizə öz töhfəsini verən könüllü fərdlərin və təşkilatların dəstəyi durur. Könüllülərimizin ölkəmizdə saysız-hesabsız ailələrin və uşaqların həyatının dəyişməsində rolu danılmazdır.

Ətraflı
Uşaqlar üçün daha yaxşı gələcək

Uşaqlar üçün daha yaxşı gələcək

09.08.2020 - 09.08.2025

Biz, həssas uşaqları sevgi və qayğı ilə əhatə etməyin, onlara həyatda irəliləmək üçün inam və əzm aşılamaq məqsədilə həm maddi, həm də emosional dəstək göstərməyin müalicəvi təsirinə inanırıq. İnanırıq ki, kiçik bir xeyirxahlıq bu uşaqlar üçün ömürlük sərmayəyə çevriləcək. Biz inanırıq ki, hər bir uşağın öz potensialını və arzularını həyata keçirmək imkanı olmalıdır. Biz bunu xeyriyyə aksiyası kimi deyil, ortaq gələcəyimizə sərmayə kimi görürük.

Ətraflı
Gələcəyi birlikdə yaradırıq

Gələcəyi birlikdə yaradırıq

05.01.2021 -

LU-MUN Holdinqdə ən böyük məqsədimiz həssas uşaqlara həyatlarını qurmaqda kömək etməkdir. Təhsil proqramları, peşə hazırlığı, əqli sağlamlıq üzrə məsləhətlər və digər dəstək strategiyaları vasitəsilə biz həssas gənclərə müstəqil həyat üçün qarşılarında duran maneələri dəf etməyə və istəklərinə nail olmağa kömək edirik.

Ətraflı
AFFA ilə əməkdaşlıq

AFFA ilə əməkdaşlıq

10.06.2021 - 10.06.2021

AVRO-2020 zamanı “Onlayn təhsil” layihəsində iştirak edən uşaqlara və onların tərbiyəçilərinə hər futbol matçına 50 bilet hədiyyə olundu. LU-MUN Holdinq yarışda iştirak edən uşaqları Milli Olimpiya Stadionuna aparmaq üçün nəqliyyat vasitələri ilə təmin etdi. Uşaqlar stadiondan canlı oyuna baxmağın sevincini və həyəcanını yaşadılar. Ümumilikdə, 200 uşaq və gənc bu təşəbbüsdən bəhrələndi.

Ətraflı
Rifah üçün əməkdaşlıq

Rifah üçün əməkdaşlıq

01.11.2021 - 01.11.2025

Tennis üzrə Azərbaycanın Milli Komandasının oyunçuları və onların məşqçiləri valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tennis dərsləri təşkil ediblər. Bu dərslərdə SOS Kəndlərindən 8-12 yaş arası 15 uşaq iştirak edib.

Ətraflı
İsrail səfirliyi ilə əməkdaşlıq

İsrail səfirliyi ilə əməkdaşlıq

04.11.2021 - 04.11.2021

İsrail səfirliyi qış mövsümü başlamamış Gəncə internat məktəbini yeni istilik sistemi ilə təmin etdi. Səfirlik həmçinin uşaqlara müxtəlif yəhudi müəlliflərin kitablarını təqdim etdi, “Təmiz dünya” uşaq sığınacağında yaşayan 68 uşağa isə qış paltarları hədiyyə etdi.

Ətraflı
Məktəbə Qayıdış kampaniyası

Məktəbə Qayıdış kampaniyası

01.09.2021 - 10.09.2021

Fəaliyyətində təhsil sahəsinə xüsusi önəm verən LU-MUN Holding Korporativ Sosial Məsuliyyət çərçivəsində aztəminatlı ailələrə və təhsilə dəstək məqsədilə Gəncə, Neftçala, Bərdə, Ağdam və Tərtər regionlarında yaşayan aztəminatlı ailələrin 73 övladına məktəb çantaları və lazımi ləvazimatlar hədiyyə edib.

Ətraflı
Balıqçılara dəstək!

Balıqçılara dəstək!

23.07.2021 - 23.07.2021

“Azerbaijan Fish Farm” ölkəmizdə bir sıra kiçik və orta balıqyetişdirmə təsərrüfatlarını körpə balıqlarla təmin etmişdir. Qeyd edək ki, “Azerbaijan Fish Farm”, balıqçılıq sahəsində çox qiymətli hesab olunan əlvan, həmçinin kəhraba forelin, eləcə də nəsli kəsilməkdə olan Xəzər qızıl balığının yetişdirilməsini uğurla davam etdirir.

Ətraflı
Neftçalada uşaq meydançası

Neftçalada uşaq meydançası

13.06.2021 - 13.07.2021

Neftçala rayonunun Yenikənd kəndində onlarla uşağın arzuladığı uşaq meydançasını reallaşdırmaq məqsədilə ictimai ianə kampaniyası LU-MUN Holdinqin əməkdaşlarının təşəbbüsü ilə başladılmışdır. Bu təşəbbüsə Bakıdan, eləcə də ölkə xaricindən onlarla həmvətənimiz qoşulmuşdur

Ətraflı
Sahibkarlığa dəstək layihəsi

Sahibkarlığa dəstək layihəsi

20.05.2020 - 20.05.2025

Bu gün, Azərbaycanın Qarabağ münaqişəsində qazandığı zəfərlə, iqtisadiyyatın bərpası, işğaldan azad edilmiş torpaqların inkişafı və bölgələrdə kiçik təsərrüfatlara dəstək məsələləri hər zamankından daha aktualdır. Eyni missiya ilə LU-MUN Holding-in törəmə şirkətlərindən biri “Azerbaijan Organic Company” MMC 2020-ci ildən yeni layihəyə start verib.

Ətraflı
Müharibədən zərər çəkmiş ailələrə dəst

Müharibədən zərər çəkmiş ailələrə dəst

12.12.2020 - 30.12.2020

II Qarabağ müharibəsi zamanı yüzlərlə ailə, evlərinə edilən raket hücumları və dağıntılar səbəbiylə paltar və digər qış əşyaları olmadan evlərindən qaçmaq məcburiyyətində qaldı. Müharibədən zərər çəkmiş ailələrin qarşıda gələn soyuq qış ayları müddətində ola biləcək ehtiyaclarını qarşılamaq məqsədilə Azerbaijan Fish Farm şirkəti bu ailələrə ümumi dəyəri 10 min manat məbləğində isti üst geyimi və qış ayaqqabıları çatdırdı.

Ətraflı

BİZƏ QOŞULUN Uğurla göndərildi

Adınızı düzgün daxil edin!

Soyadınızı düzgün daxil edin!

Telefon nömrənizi düzgün daxil edin!

Elektron poçt ünvanin düzgün daxil edin!