Qarabağ Azərbaycandır!

Qarabağ Azərbaycandır!

30.09.2020 - 11.12.2020

Bu dönəmdə Azərbaycan xalqı möhtəşəm birlik nümayiş etdirərək həm ön cəbhəyə, həm də müharibədən zərərçəkən ailələlərə dəstək oldu. Belə aksiyalarından biri, əməkdaşlarımızın da təşkilatçılıq edərək böyük töhfə verdiyi “Vətən üçün əl-ələ” layihəsi idi. Holdinq və şirkətlərimizin əməkdaşları, eləcə də Azerbaijan Poultry Company müharibənin ilk günündən davamlı şəkildə qida, nəqliyyat, eyni zamanda maddi dəstək göstərərək təşəbbüsə böyük töhfə vermiş oldu. 

Ətraflı
Dövrümüzün qəhrəmanları

Dövrümüzün qəhrəmanları

29.04.2020 - 29.04.2020

“Biz birlikdə güclüyük!” – bunlar təkcə sözlər deyil, hərəkətə keçməyə çağırışdır. Əhalinin böyük bir hissəsi evlərində sosial izolyasiya rejimində qalarkən, vətəndaşlarımızın digər hissəsi bizi qida, ilkin tələbat məhsulları, tibbi yardım və informasiya dəstəyi ilə təmin etmək üçün yorulmadan çalışdı. «Baku Roses» komandası «Mərcan» istehsalçısı ilə birgə minnətdarlıq bildirmək və bu təqdirə layiq insanların simalarına təbəssüm bəxş etmək məqsədilə onlara gül dəstələri hədiyyə etdilər! Müharibə və əmək veteranları pansionatının sakinləri – yaşlı insanlar da diqqətdən kənar qalmadı.

Ətraflı
Beynəlxalq Müəllimlər Günü

Beynəlxalq Müəllimlər Günü

05.10.2020 - 05.10.2020

Müəllimlər Günü ölkəmizdə müəllimlərimizi təqdir etmək və həyatımıza qatdıqları sonsuz töhfəni dəyərləndirmək məqsədilə qeyd olunur. Koronavirus pandemiyası ilə əlaqədar məktəb və təhsil müəssisələrinin bağlanması ilə bir çox müəllim distant təhsilə uyğunlaşmaqda çətinlik çəkdi. Buna baxmayaraq bu böhranda pedaqoqlar fədakarlıq, səbr, xeyirxahlıq göstərdilər və nə olur olsun təhsilin davam etməsinə çalışdılar.

Ətraflı
Ən fəzilətli sədəqə - Sudur!

Ən fəzilətli sədəqə - Sudur!

28.07.2020 - 04.08.2020

Son yüz ildə ilk dəfə Kür çayının su səviyyəsi çox azaldığına görə Xəzərin şor suyu çaya qarışdı. Bu səbəbdən, təsərrüfatlarımızdan birinin yerləşdiyi Neftçala regionunda içməli su qıtlığı ciddi problemə çevrildi. Çox sayda kəndli içməli suyun olmamasından əziyyət çəkməyə başladı. Su böhranı müddətində yerli icmaya dəstək olmaq məqsədilə Azerbaijan Fish Farm şirkəti 90 ailəni təmiz su ilə təmin etdi.

Ətraflı
Xəzərin keşiyində

Xəzərin keşiyində

01.04.2018 - 01.04.2030

Azerbaijan Fish Farm Xəzərdə nərə balığının populyasiyasının artırılması məqsədilə start verdiyi proqramı uğurla həyata keçirir: satılan kürünün hər bir qablaşdırması üçün dənizə 10 kiçik nərə balığı buraxılır. Bu proqram çərçivəsində on minlərlə gənc nərə balığı Xəzər dənizinə buraxılmışdır.

Ətraflı
Qurban Bayramı!

Qurban Bayramı!

31.07.2020 - 01.08.2020

Humanizm, xeyirxahlıq və bərabərlik rəmzi olan Qurban bayramı cəmiyyətimizdə milli-mənəvi həmrəyliyi gücləndirən, insanlar arasında şəfqət və mərhəmət duyğularının təntənəsini nümayiş etdirən bayramdır. Bugün hamı sevincini bölüşür, bir-birini təbrik edir. Bunlar bizim ortaq dəyərlərimizdir.

Ətraflı
Sağlam həyat tərzini təbliğ edirik!

Sağlam həyat tərzini təbliğ edirik!

01.01.2018 - 01.01.2030

Azerbaijan Organic Company təbiətin və istehlakçıların sağlamlığına qayğı göstərir. Bunun bariz nümunəsi olaraq seçmə toyuq ətindən hazırlanan qəlyanaltılar (“ALP”), Azərbaycanın ekoloji təmiz bölgələrindən təbii bal ("Bal Ayı”) və yaxud Abşeronda yetişdirilən yüksək keyfiyyətli zəfəran (“Baku Saffron”) kimi konservantsız və əlavə süni qatqısız məhsulların yaradılmasıdır

Ətraflı
Xeyirxah işlər zənciri!

Xeyirxah işlər zənciri!

05.09.2020 - 05.09.2020

Biz inanırıq ki, bir nəfərin etdiyi xeyirxah iş xeyirxah əməllərdən ibarət zəncirvari reaksiyaya səbəb olur.  Bu təsir cəmiyyətdə dalğalanaraq minlərlə insanı müsbət dəyişiklik etməyə ruhlandırır. Məhz bu səbəbdən Beynəlxalq Xeyriyyə Günü dünya miqyasında qeyd olunaraq dünyanın hər yerindəki insanları daha sosial məsuliyyətli olmağa təşviq edir və xeyriyyə işlərinə ictimai dəstəyi artırmaq məqsədi daşıyır.

Ətraflı
Təbiəti hər gün qoruyaq!

Təbiəti hər gün qoruyaq!

05.06.2020 - 05.06.2020

Bu günün qeyd edilməsi bizə ətraf mühitin qorunmasında fərdi insanların, müəssisələrin və icmaların maarifləndirilməsi və məsuliyyətli davranışın təbliğ edilməsi imkanı verir.

Ətraflı
Xoş gəldin, Ramazan!

Xoş gəldin, Ramazan!

23.04.2020 - 23.04.2020

Müqəddəs Ramazan ayı birlik, xeyriyyə və dua ayıdır. Bu ay xüsusilə də yoxsul ailələri və ehtiyaclıları daha da yaxşı anlama və dəstək olma ayıdır. LU-MUN holdinq korporativ sosial məsuliyyət çərçivəsində davamlı şəkildə insanları birləşməyə, bir-birinə dəstək olmağa, xüsusilə də maddi durumu aşağı vəziyyətdə olanları ilin bütün aylarında diqqətdə saxlamağa səsləyir.

Ətraflı
Güllərin gücü

Güllərin gücü

12.04.2020 - 15.08.2020

Covid19 pandemiyası dövründə cəmiyyətdəki yaşlı insanları qorumaq və dəstəkləmək hər birimizin məsuliyyətidir. Bu səbəbdən pandemiya müddətində Bilgəh Ahıllar Evində yaşayan yaşlı dostlarımızı ziyarətə gedə bilmirik. Bunu baxmayaraq, bu müddət ərzində sevgimizi, qayğımızı və diqqətimizi göstərmək üçün ahillara 300-dən çox gül dəstələri göndərib, davamlı olaraq telefonla əlaqə saxlamışıq.

Ətraflı
Oxu vərdişlərini aşılayırıq

Oxu vərdişlərini aşılayırıq

20.05.2020 - 20.05.2021

Kitablar həyatımızda mühüm rol oynayır. Onlar bizim dostlarımız və bələdçilərimizdir. Biz uşaqlarda kitab oxumaq və fərdi fikirlərini ifadə etmək vərdişlərini aşılamaq məqsədilə “Ümid Yeri” uşaq sığınacağında “Onlayn Kitab Klubu”-nu yaratdıq.

Ətraflı

BİZƏ QOŞULUN Uğurla göndərildi

Adınızı düzgün daxil edin!

Soyadınızı düzgün daxil edin!

Telefon nömrənizi düzgün daxil edin!

Elektron poçt ünvanin düzgün daxil edin!