Əlinin uğur hekayəsi

Əlinin uğur hekayəsi

01.04.2020 -

Valideyn himayəsindən məhrum olmuş uşaqları uğurlu həyata hazırlamaq üzrə layihəmizin ayrılmaz bir hissəsi olaraq, biz onlarla davamlı olaraq söhbət edir və onları öz maraqlarını kəşf etməyə və arzularını həyata keçirmək üçün düzgün bacarıqları inkişaf etdirməyə təşviq edirik. Layihəmizin iştirakçılarından biri peşəkar aşpaz olmaq arzusunu bizimlə dəfələrlə bölüşüb. Biz bu arzunun puç olmasına heç cür razı ola bilməzdik, ona görə də ona kömək edəcək bir mentor tapmaq üçün yola düşdük!

Ətraflı
Sağlam qidalanmanı təşviq edirik

Sağlam qidalanmanı təşviq edirik

24.05.2021 - 24.05.2021

Valideyn himayəsindən məhrum olmuş həssas uşaqlara sağlam qidalanmanın əsasları və faydaları haqqında məlumat vermək üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində çalışan Nərmin Axundovanı öz biliklərini uşaqlarla bölüşmək və daha sağlam seçimlər etməyə həvəsləndirmək üçün dəvət etdik. Sağlam qidalanma üzrə onlayn sessiyada beş müxtəlif uşaq müəssisəsindən olan 35-dən çox uşaq iştirak etdi.

Ətraflı
Balıqçılara dəstək!

Balıqçılara dəstək!

23.07.2021 - 23.07.2021

“Azerbaijan Fish Farm” ölkəmizdə bir sıra kiçik və orta balıqyetişdirmə təsərrüfatlarını körpə balıqlarla təmin etmişdir. Qeyd edək ki, “Azerbaijan Fish Farm”, balıqçılıq sahəsində çox qiymətli hesab olunan əlvan, həmçinin kəhraba forelin, eləcə də nəsli kəsilməkdə olan Xəzər qızıl balığının yetişdirilməsini uğurla davam etdirir.

Ətraflı
İstixanada bir gün

İstixanada bir gün

01.05.2021 - 01.05.2025

LU-MUN Holdinq yerli gənclərin inkişafına, müxtəlif kouçinq və mentorluq imkanlarının yaradılmasına, eləcə də bir sıra müxtəlif maarifləndirici təşəbbüslərə böyük diqqət ayırdığından, biz “Regional İnkişaf” İctimai Birliyinin könüllülərini qızılgüllərin yetişdirildiyi istixanamızı ziyarət üçün dəvət etmək qərarına gəldik. Səfər “Azerbaijan Flower Company” tərəfindən təşkil olunub. Könüllülər istixanaya baş çəkdilər, burada onlara çiçəkçilik sənayesi haqqında ətraflı məlumat verildi, həmçinin onlar istixana işinin gündəlik əməliyyatları ilə tanış oldular.

Ətraflı
Təsərrüfatlara səfərlər

Təsərrüfatlara səfərlər

01.04.2020 - 01.04.2025

Bizim məqsədimiz Azərbaycanda yaşayan uşaqlara alternativ təhsil imkanları yaratmaq, onları yeni sahələrlə tanış etmək, kənd təsərrüfatı, balıqçılıq kimi maraqlı sahələrə həvəsləndirməklə gələcək peşəkarları yetişdirməkdir. Təsərrüfatlara səfərlər yalnız istehsalat sahələri ilə tanış olmaq, bu sahələr haqqında məlumat verməklə kifayətlənmir, eləcə də gənc nəsillərə qidalandığımız məhsulların necə böyük zəhmətlə hazırlandığını və qidaya qarşı daha məsuliyyətli davranışları təbliğ edir.

Ətraflı
Sağlam uşaqlar, sağlam gələcək!

Sağlam uşaqlar, sağlam gələcək!

10.09.2021 - 10.09.2025

Azərbaycan Stolüstü Tennis Federasiyasının dəstəyi ilə uşaq müəssisələrində stolüstü tennisə marağı artırmaq, uşaqlarda sağlam vərdişlər yaratmaq, onların sağlamlığına müsbət töhfə vermək məqsədilə Gəncə, Şəki və Bakıda yerləşən 4 uşaq müəssisəsinə stolüstü tennis avadanlığı Azerbaijan Poultry Company əməkdaşları tərəfindən çatdırılmışdır. Stolüstü tennisin uşaqların yalnız fiziki sağlamlığına deyil, eləcə də motorika bacarıqlarının və analitik düşüncənin inkişafına da müsbət təsiri vardır.

Ətraflı
Peşə təhsilinə dəstək!

Peşə təhsilinə dəstək!

05.05.2020 - 05.05.2025

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi” ilə “LU-MUN Holdinq” arasında gələcək əməkdaşlıq istiqamətlərini özündə ehtiva etdirən Anlaşma Memorandumu imzalanıb. Balıqçılıq, gülçülük, quşçuluq və ekoloji təmiz məhsulların istehsalı  sahəsində fəaliyyət göstərən “LU-MUN Holdinq” ilə əməkdaşlıq memorandumunun imzalanmasında başlıca məqsəd aidiyyatlı sahələr üzrə peşə təhsili üzrə tədris proqramlarının və resurslarının təkmilləşdirilməsi, tələbələr üçün təcrübə proqramlarının təşkili, eləcə də, gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərməkdir.

Ətraflı
Uşaqlar bizim gələcəyimizdir

Uşaqlar bizim gələcəyimizdir

03.08.2020 - 03.08.2025

LU-MUN Holding inanır ki, cəmiyyətin ahəngdar və tarazlı inkişafı üçün sosial və iqtisadi vəziyyətindən asılı olmayaraq, hər bir uşağın ən yaxşı təhsil almaq imkanı olmalıdır.

Ətraflı
Neftçalada uşaq meydançası

Neftçalada uşaq meydançası

13.06.2021 - 13.07.2021

Neftçala rayonunun Yenikənd kəndində onlarla uşağın arzuladığı uşaq meydançasını reallaşdırmaq məqsədilə ictimai ianə kampaniyası LU-MUN Holdinqin əməkdaşlarının təşəbbüsü ilə başladılmışdır. Bu təşəbbüsə Bakıdan, eləcə də ölkə xaricindən onlarla həmvətənimiz qoşulmuşdur

Ətraflı
Sahibkarlığa dəstək layihəsi

Sahibkarlığa dəstək layihəsi

20.05.2020 - 20.05.2025

Bu gün, Azərbaycanın Qarabağ münaqişəsində qazandığı zəfərlə, iqtisadiyyatın bərpası, işğaldan azad edilmiş torpaqların inkişafı və bölgələrdə kiçik təsərrüfatlara dəstək məsələləri hər zamankından daha aktualdır. Eyni missiya ilə LU-MUN Holding-in törəmə şirkətlərindən biri “Azerbaijan Organic Company” MMC 2020-ci ildən yeni layihəyə start verib.

Ətraflı
Uşaqlar üçün yoga və meditasiya

Uşaqlar üçün yoga və meditasiya

26.06.2020 - 26.06.2020

Valideyn sevgisindən və qayğısından məhrum olan uşaqlar müxtəlif çətinliklərlə üzləşirlər. Belə uşaqlardan bəziləri keçirdikləri stressi ifadə edə bilmir və bu onların daxili xoşbəxtliklərinə müsbət olmayan böyük təsir göstərir.

Ətraflı
Planeti xilas etməyə özündən başla

Planeti xilas etməyə özündən başla

09.12.2019 -

İnsanlar bəzən yanlış olaraq düşünürlər ki, iqlim dəyişikliyi, ətraf mühitin çirklənməsi və biomüxtəlifliyin itirilməsi yalnız dövlət orqanlarının və böyük şirkətlərin maraqlanmalı olduğu mövzulardır. Onlar hesab edirlər ki, həyat tərzlərində etdikləri hər hansı bir dəyişikliyin onsuz da heç bir təsiri və ya nəticəsi olmayacaq.

Ətraflı

BİZƏ QOŞULUN Uğurla göndərildi

Adınızı düzgün daxil edin!

Soyadınızı düzgün daxil edin!

Telefon nömrənizi düzgün daxil edin!

Elektron poçt ünvanin düzgün daxil edin!