Qurban bayramında ailələrə sevinc bəxş etdik
Bayramlar, ailələrin sevinc dolu anlar üçün bir araya gəldiyi sehrli vaxtdır. Bayramlar adətən böyük bir ziyafətlə müşayiət olunur, ailələr birlikdə nahar süfrəsi ətrafında toplanırlar.
ƏtraflıBayramlar, ailələrin sevinc dolu anlar üçün bir araya gəldiyi sehrli vaxtdır. Bayramlar adətən böyük bir ziyafətlə müşayiət olunur, ailələr birlikdə nahar süfrəsi ətrafında toplanırlar.
ƏtraflıRamazan bayramı, paylaşmaq və bölüşmək prinsiplərinə əsaslanan bir bayramdır. Bu prinsiplərdən ruhlanaraq “Azerbaijan Fish Farm” şirkətinin nümayəndələri Ramazan bayramında Neftçalada ehtiyacı olan 25 ailəyə ərzaq qutuları çatdırıblar. Bu xüsusi hazırlanmış qutulara Ramazan bayramını əks etdirmək üçün təzə və qurudulmuş meyvələr, xurma və şirniyyatlar yığılmışdır. Bundan əlavə “Mərcan” toyuq məhsulları da ehtiyacı olan ailələrə paylanılmışdır.
ƏtraflıHəssas uşaqları uğurlu gələcəyə hazırlamaq üçün lazımi alətlərlə təchiz etmək əsas prioritetlərimizdən olduğu üçün biz, sosial sahibkarlığa xüsusi diqqət ayırmaqla biznes bacarıqları üzrə təlimlər təşkil etdik.
ƏtraflıBu layihənin məqsədi maliyyə qərarlarının qəbulunu təkcə iqtisadi nöqteyi-nəzərdən deyil, həm də sosial və ekoloji məsələləri nəzərə almaqla uşaqların maliyyə savadlılığı bacarıqlarını inkişaf etdirməkdir.
ƏtraflıLU-MUN Holdinq hər zaman rifaha və əqli sağlamlığa diqqət yetirən təşəbbüsləri dəstəkləyir. Azərbaycanın Beynəlxalq Məktəbi (TİSA) rifahın vacibliyi haqqında məlumatlılığı artırmaq üçün şagirdlər üçün kampaniya təşkil etdi. İştirakçıları cəlb etmək və kampaniyanı daha yaddaqalan etmək üçün bəzi yarışlar da daxil olmaqla, əqli sağlamlıq haqqında məlumatlılığı təşviq edən müxtəlif tədbirlər həyata keçirilmişdir.
ƏtraflıBizə qoşulan bir sıra təşkilatlardan və şəxslərdən dəstək almaq bizim üçün inanılmaz dəyərlidir. Minnətdarlığımızı bildirmək üçün “Azerbaijan Flower Company” təşəkkür məktubları ilə birlikdə “Valideyn himayəsindən məhrum uşaqların müstəqil həyata hazırlanması” layihəmizdə fəal iştirak edən könüllülərə 25 qızılgül dəstəsi hədiyyə etdi. Hədiyyə alanlar arasında Bədən Tərbiyəsi və İdman Akademiyasının pedaqoqları, TİSA Məktəbinin, Azərbaycan Mərkəzi Bankının, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları və digər fərdi könüllülər də var idi.
Ətraflıİsrail səfirliyi qış mövsümü başlamamış Gəncə internat məktəbini yeni istilik sistemi ilə təmin etdi. Səfirlik həmçinin uşaqlara müxtəlif yəhudi müəlliflərin kitablarını təqdim etdi, “Təmiz dünya” uşaq sığınacağında yaşayan 68 uşağa isə qış paltarları hədiyyə etdi.
Ətraflı2021-ci ildə Yer Kürəsi Günündə “Azerbaijan Fish Farm” şirkəti, çimərliyi tullantılardan təmizləmək üçün könüllü əsasda sahilyanı təmizləmə təşəbbüsünü həyata keçirdi. Siqaret kötükləri, plastik yemək qabları, plastik içki butulkaları, plastik ərzaq paketləri və digər tullantılar könüllülər tərəfindən təmizləndi. “Azerbaijan Fish Farm” komandasının təmsilçisi Elşad Məcidov iştirakçılara aktual ekoloji problemlərdən, planetimizin qorunmasında yerli icmaların məsuliyyətindən bəhs etdi.
ƏtraflıNeftçalanın Yenikənd kəndində məktəblilər üçün aktual ekoloji problemlər və ətraf mühitə mənfi təsirlərin azaldılmasında cəmiyyətin rolu haqqında qısa sessiya keçirdik. Uşaqlara ətraf mühitə ziyan vurmağın fəsadları haqqında məlumatlılığı artırmaq üçün öz kəndlərində həyata keçirə biləcəkləri təşəbbüslər haqqında məlumat verildi. Biz uşaqları məsuliyyətli istehlak, su qıtlığı, tullantıların toplanması və biomüxtəlifliyin qorunması haqqında müzakirələrə cəlb etdik.
ƏtraflıLU-MUN Holding hər zaman öz əməkdaşlarına sosial məsuliyyətli olmağı, dəyərli işlərdə könüllülük etməyi və cəmiyyətimizə hər imkanda müsbət təsir göstərməyi təşviq edir. Aşıladığımız bu dəyərlər həmişə harda olmağımızdan asılı olmayaraq bizi yaxşı işlər görməyə ruhlandırır.
ƏtraflıFəaliyyətində təhsil sahəsinə xüsusi önəm verən LU-MUN Holding Korporativ Sosial Məsuliyyət çərçivəsində aztəminatlı ailələrə və təhsilə dəstək məqsədilə Gəncə, Neftçala, Bərdə, Ağdam və Tərtər regionlarında yaşayan aztəminatlı ailələrin 73 övladına məktəb çantaları və lazımi ləvazimatlar hədiyyə edib.
ƏtraflıÖzünümüdafiə qızlar üçün yeni azadlıq mənbəyidir. Fiziki müqavimət bacarıqları potensial təhlükəli vəziyyətdə olanda qızlara özlərini daha inamlı və bacarıqlı hiss etməyə imkan verir. Təhlükəsizlik hər zaman prioritet məsələdir və hər bir qız və gənc qadın özünü müdafiə etmək üçün lazımi bacarıqları bilməyə layiqdir.
Ətraflı