Qurban bayramında ailələrə sevinc bəxş etdik
Bayramlar, ailələrin sevinc dolu anlar üçün bir araya gəldiyi sehrli vaxtdır. Bayramlar adətən böyük bir ziyafətlə müşayiət olunur, ailələr birlikdə nahar süfrəsi ətrafında toplanırlar.
ƏtraflıBayramlar, ailələrin sevinc dolu anlar üçün bir araya gəldiyi sehrli vaxtdır. Bayramlar adətən böyük bir ziyafətlə müşayiət olunur, ailələr birlikdə nahar süfrəsi ətrafında toplanırlar.
ƏtraflıRamazan bayramı, paylaşmaq və bölüşmək prinsiplərinə əsaslanan bir bayramdır. Bu prinsiplərdən ruhlanaraq “Azerbaijan Fish Farm” şirkətinin nümayəndələri Ramazan bayramında Neftçalada ehtiyacı olan 25 ailəyə ərzaq qutuları çatdırıblar. Bu xüsusi hazırlanmış qutulara Ramazan bayramını əks etdirmək üçün təzə və qurudulmuş meyvələr, xurma və şirniyyatlar yığılmışdır. Bundan əlavə “Mərcan” toyuq məhsulları da ehtiyacı olan ailələrə paylanılmışdır.
ƏtraflıLU-MUN Holdinq hər zaman rifaha və əqli sağlamlığa diqqət yetirən təşəbbüsləri dəstəkləyir. Azərbaycanın Beynəlxalq Məktəbi (TİSA) rifahın vacibliyi haqqında məlumatlılığı artırmaq üçün şagirdlər üçün kampaniya təşkil etdi. İştirakçıları cəlb etmək və kampaniyanı daha yaddaqalan etmək üçün bəzi yarışlar da daxil olmaqla, əqli sağlamlıq haqqında məlumatlılığı təşviq edən müxtəlif tədbirlər həyata keçirilmişdir.
ƏtraflıBizə qoşulan bir sıra təşkilatlardan və şəxslərdən dəstək almaq bizim üçün inanılmaz dəyərlidir. Minnətdarlığımızı bildirmək üçün “Azerbaijan Flower Company” təşəkkür məktubları ilə birlikdə “Valideyn himayəsindən məhrum uşaqların müstəqil həyata hazırlanması” layihəmizdə fəal iştirak edən könüllülərə 25 qızılgül dəstəsi hədiyyə etdi. Hədiyyə alanlar arasında Bədən Tərbiyəsi və İdman Akademiyasının pedaqoqları, TİSA Məktəbinin, Azərbaycan Mərkəzi Bankının, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları və digər fərdi könüllülər də var idi.
ƏtraflıPandemiya həyatımızın hər bir aspektinə təsirini göstərdi, bəzi həmvətənlərimiz isə bütünlüklə yeni reallığa uyğunlaşmağa məcbur oldu. Çoxsayda tibb orqanlarının işçiləri bütün Azərbaycan ərazisində ön cəbhədə öz həyatlarını risk altına alaraq koronavirusa yoluxmuş xəstələrin həyatda qalması üçün gecə gündüz çalışdılar.
ƏtraflıYaşlı insanlar üçün onların yanında olmaq, dəyərləndirmək və onlara dəstək nümayiş etdirmək çox vacibdir. Bu məqsədlə karantin dövründə 35 nəfər yaşlı insana “Mərcan Premium” məhsulları çatdırdıq, onların özlərini qorumaq məqsədilə evdə qalmalarını tövsiyə etdik.
ƏtraflıAprel yardımlarının məqsədi karantin dövründə dəstək oldu: müxtəlif müəssisələrə 1296 kq. miqdarda “Mərcan” toyuqları paylandı. Azerbaijan Poultry Company Şəkidə uşaq evlərini, Mingəçevirdə nevroloji sanatoriyanı, Gəncədə “TƏMAS” regional inkişaf ictimai birliyini, Biləsuvarda “Qadınların Sosial İnkişafına Dəstək” ictimai birliyini dəstəksiz buraxmadı.
Ətraflı2019-cu ildə Azərbaycanda xeyirxah və əhəmiyyətli işlərdə böyük inkişafa nail olduq. Hər şey asanlıqla başa gəlməsə belə, biz bu önəmli dəyişikliklər ilini böyük qürürla yada salırıq. Biz inkişaf edirik və imkanlarımız da bizimlə birgə inkişaf edir, qoyulmuş məqsədlərə və stabil inkişafa böyük, uğurlu addımlar atılır.
ƏtraflıAzerbaijan Poultry Company qida sənayesi sahəsində böyük bir istehsalçı kimi çıxış edərək, bizi əhatə edən mühitə müsbət təsir göstərməyə, resurs və söz haqqından istifadə edərək vacib məsələləri işıqlandırmağa çalışır. Bizim əməkdaşlar uşaqların inkişafına və çətin həyat şəraiti ilə üzləşmiş insanlara dəstək göstərilməsində öz bacarıqları ilə bölüşür, vəsaitlərin toplanması, layihələrin təşkili ilə məşğul olurlar. Birlikdə biz böyüyür və inkişaf edirik ki, xeyirxahlığı dünyamıza yaya bilək.
Ətraflı