Şaxta Baba ucqar kəndlərdə
İndi həmişəkindən daha çox əminik ki, xeyirxah insanlar öz güclərini birləşdirdikdə və yaxşı bir məqsəd üçün bir araya gəldikdə əsl möcüzələr baş verə bilər.
Ətraflıİndi həmişəkindən daha çox əminik ki, xeyirxah insanlar öz güclərini birləşdirdikdə və yaxşı bir məqsəd üçün bir araya gəldikdə əsl möcüzələr baş verə bilər.
ƏtraflıLU-MUN Holdinqin KSM strategiyasının və fəaliyyətinin mərkəzində bizim işimizə öz töhfəsini verən könüllü fərdlərin və təşkilatların dəstəyi durur. Könüllülərimizin ölkəmizdə saysız-hesabsız ailələrin və uşaqların həyatının dəyişməsində rolu danılmazdır.
ƏtraflıBiz, həssas uşaqları sevgi və qayğı ilə əhatə etməyin, onlara həyatda irəliləmək üçün inam və əzm aşılamaq məqsədilə həm maddi, həm də emosional dəstək göstərməyin müalicəvi təsirinə inanırıq. İnanırıq ki, kiçik bir xeyirxahlıq bu uşaqlar üçün ömürlük sərmayəyə çevriləcək. Biz inanırıq ki, hər bir uşağın öz potensialını və arzularını həyata keçirmək imkanı olmalıdır. Biz bunu xeyriyyə aksiyası kimi deyil, ortaq gələcəyimizə sərmayə kimi görürük.
ƏtraflıLU-MUN Holdinqdə ən böyük məqsədimiz həssas uşaqlara həyatlarını qurmaqda kömək etməkdir. Təhsil proqramları, peşə hazırlığı, əqli sağlamlıq üzrə məsləhətlər və digər dəstək strategiyaları vasitəsilə biz həssas gənclərə müstəqil həyat üçün qarşılarında duran maneələri dəf etməyə və istəklərinə nail olmağa kömək edirik.
ƏtraflıAVRO-2020 zamanı “Onlayn təhsil” layihəsində iştirak edən uşaqlara və onların tərbiyəçilərinə hər futbol matçına 50 bilet hədiyyə olundu. LU-MUN Holdinq yarışda iştirak edən uşaqları Milli Olimpiya Stadionuna aparmaq üçün nəqliyyat vasitələri ilə təmin etdi. Uşaqlar stadiondan canlı oyuna baxmağın sevincini və həyəcanını yaşadılar. Ümumilikdə, 200 uşaq və gənc bu təşəbbüsdən bəhrələndi.
ƏtraflıTennis üzrə Azərbaycanın Milli Komandasının oyunçuları və onların məşqçiləri valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tennis dərsləri təşkil ediblər. Bu dərslərdə SOS Kəndlərindən 8-12 yaş arası 15 uşaq iştirak edib.
Ətraflıİsrail səfirliyi qış mövsümü başlamamış Gəncə internat məktəbini yeni istilik sistemi ilə təmin etdi. Səfirlik həmçinin uşaqlara müxtəlif yəhudi müəlliflərin kitablarını təqdim etdi, “Təmiz dünya” uşaq sığınacağında yaşayan 68 uşağa isə qış paltarları hədiyyə etdi.
ƏtraflıFəaliyyətində təhsil sahəsinə xüsusi önəm verən LU-MUN Holding Korporativ Sosial Məsuliyyət çərçivəsində aztəminatlı ailələrə və təhsilə dəstək məqsədilə Gəncə, Neftçala, Bərdə, Ağdam və Tərtər regionlarında yaşayan aztəminatlı ailələrin 73 övladına məktəb çantaları və lazımi ləvazimatlar hədiyyə edib.
ƏtraflıNeftçala rayonunun Yenikənd kəndində onlarla uşağın arzuladığı uşaq meydançasını reallaşdırmaq məqsədilə ictimai ianə kampaniyası LU-MUN Holdinqin əməkdaşlarının təşəbbüsü ilə başladılmışdır. Bu təşəbbüsə Bakıdan, eləcə də ölkə xaricindən onlarla həmvətənimiz qoşulmuşdur
ƏtraflıBu gün, Azərbaycanın Qarabağ münaqişəsində qazandığı zəfərlə, iqtisadiyyatın bərpası, işğaldan azad edilmiş torpaqların inkişafı və bölgələrdə kiçik təsərrüfatlara dəstək məsələləri hər zamankından daha aktualdır. Eyni missiya ilə LU-MUN Holding-in törəmə şirkətlərindən biri “Azerbaijan Organic Company” MMC 2020-ci ildən yeni layihəyə start verib.
ƏtraflıII Qarabağ müharibəsi zamanı yüzlərlə ailə, evlərinə edilən raket hücumları və dağıntılar səbəbiylə paltar və digər qış əşyaları olmadan evlərindən qaçmaq məcburiyyətində qaldı. Müharibədən zərər çəkmiş ailələrin qarşıda gələn soyuq qış ayları müddətində ola biləcək ehtiyaclarını qarşılamaq məqsədilə Azerbaijan Fish Farm şirkəti bu ailələrə ümumi dəyəri 10 min manat məbləğində isti üst geyimi və qış ayaqqabıları çatdırdı.
ƏtraflıƏziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! - Prezidentin Şuşanın azad olunmasının elan etməsi ölkədəki hər kəsə sevinc göz yaşı gətirdi. Qarabağ incisi 28 illik işğaldan sonra Ordumuz tərəfindən geri qaytarıldı. Bu şanlı gün minlərlə insan tərəfindən Bakı küçələrində qeyd edildi.
Ətraflı